Bakıda ilk dəfə “eTicarət Zirvə Toplantısı” keçiriləcək

17:53 | 16.02.2015
Bakıda ilk dəfə “eTicarət Zirvə Toplantısı” keçiriləcək

Bakıda ilk dəfə “eTicarət Zirvə Toplantısı” keçiriləcək

ETİ - Elektron Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə 20 fevral tarixində keçiriləcək zirvə toplantısında bankların taksit kart menecerləri, online alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri hesabat xarakterli çıxışlar edəcəklər.

eTicarət Zirvə Toplantısının keçirilmə məqsədi şirkət və bankların 2014-cü il eTicarət sahəsi üzrə olan hesabatlarının təqdim edilməsi, çıxışçıların və iştirakçıların fikir mübadiləsi və müzakirələr aparmasıdır. 
Bundan əlavə, çıxışçılar 2015-ci il eTicarət hədəflərini 
"eTicarət Zirvə Toplantısı”nın çıxışçıları:

"Albalı Kart” Meneceri - Çingiz Abbasəliyev
"Baku Electronics” Marketinq şöbəsinin müdiri - Şirəli Ələkbərov
"İdeal Parfumeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin Marketinq şöbəsinin müdiri – Rafiq Vəliyev
"Rahat Marketlər Şəbəkəsi”nin marketinq müdiri – Kənan Şirinov
"YapıKredi Bank Azərbaycan”-ın marketinq üzrə mütəxəssisi – Məlahət Adilova
"Kapital Bank” Rəqəmsal Marketin Şöbəsinin müdiri – Rəşid Salehov

"Retail Fashion Group”-un marketinq meneceri – Anar Heydərov
"Mobile Payment Systems” MMC-in biznesin Inkişafı üzrə direktoru – Nigar Axundova
"Millikart” Ödəmə Sisteminin marketinq direktoru – Nigar Rüstəmzadə
Qafqaz Universiteti Texnoparkının direktoru – İsa Qasımov
Gozelevler.com həmtəsisçisi – Günel İsmayılova
Shopera.az təsisçisi & CEO – Rəşad Camal
Xatırladaq ki, 2014-cü ilin iyun ayinda ETİ və shopera.az Türkiyənin «Sahibinden.com", "Markafoni.com", "Doğan Online", "Google Türkiyə", "Garanti Bankası", "Evmanya.com", "Akakce.com", "KobiMaster" kimi iri ticarət platformalarının mütəxəssislərinin  iştirakı ilə «eTicarət Master Class» adlı tədbir həyata keçirdib. 
Tədbirə jurnalistlər və eTicarət sahəsində çalışanlar dəvətlidirlər.

"eTicarət Zirvə Toplantısı” tədbirində iştirak etmək üçün biletləri shopera.az saytından sifariş edə və ya 0502820014, 0125112695 nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. 

ANN.Az
 








0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM