Bakıda konsert olacaq

17:08 | 26.09.2014
Bakıda konsert olacaq

Bakıda konsert olacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il Ümumdünya Turizm Günü ilə əlaqədar ictimaiyyət üçün bir sıra mədəni tədbirlər həyata keçirilir.

ANN.Az xəbər verir ki, bu tədbirlər çərçivəsində 2014-cü ilin 27 sentyabr tarixində axşam saatlarında Bakı şəhərinin küçələrində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün Ümumdünya Turizm Gününə həsr olunmuş iki saatlıq proqramla canlı caz musiqisinin ifa edilməsi planlaşdırılır.Konsertlər aşağıda göstərilən yerlərdə və saatda təşkil olunacaq:1. Qız qalasının yanısaat 17:00-19:00ifa: Mircavad Cəfərov və Etno caz qrupu2. Fəvvarələr meydanı saat 20:00-22:00ifa: Səbinə Babayeva və qrupu    Azad Şabanov3. Filarmoniya bağısaat 19:00-21:00ifa: Arslan Növrəsli və qrupu    "Qaya" vokal ansamblı    Fəridə Məmmədova və qrupuBütün musiqisevərləri konsertlərdə iştirak etməyə dəvət edirik. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM