Bakıda marşrut avtobusu aşdı: xeyli sayda yaralı var

17:30 | 20.06.2014
Bakıda marşrut avtobusu aşdı: xeyli sayda yaralı var

Bakıda marşrut avtobusu aşdı: xeyli sayda yaralı var

 Bakıda avtobus qəzası baş verib.APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. 196 saylı xətt avtobusunun aşması nəticəsində xeyli sayda sərnişinin xəsarət aldığı bildirilir. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, avtobus qəzasında xəsarət alanlardan 7-si təcilli yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər yaralılar isə fərdi maşınlarla xəstəxanaya aparılıb. Hazırda hadisə yerində araşdırma aparılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb