Bakıda maşın belə alovlandı

17:30 | 03.05.2015
Bakıda maşın belə alovlandı

Bakıda maşın belə alovlandı

Bakıda baş vermiş ağır yol qəzasında qadın piyadının göstərdiyi şücaət təşlükəsizlik kamerasına düşüb. 


"Qafqazinfo”nun avtosfer.az-a istinadən məlumatına görə, yüksək sürətlə hərəkət edən "Mersedes” markalı avtomobil idarəetməni itirərək səkiyə çıxıb. Təkərlərin sürtünməsi nəticəsində avtomobil bir anda alışmağa başlayıb. Maşından sağ çıxan sürücüyə yardım etmək üçün isə piyada qadın ona köməyə qaçıb. Qadın həmin sürücünün qolundan tutaraq alovlanan maşından kənarlaşdırıb.

Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər” kameralarının qeydə aldığı görüntülərdə yolu keçən piyadalar arasında kişilərin də olduğu görünür. 
Lakin qəzaya düşən sürücüyə yardım etmək üçün ilk gedən qadın olur. Kişilər sonradan köməyə gəlir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb