Bakıda növbəti reyd

09:29 | 04.02.2015
Bakıda növbəti reyd

Bakıda növbəti reyd

Paytaxt yollarında baş verən kobud qayda pozuntularının qarşısını almaq məqsədi ilə yol polisi növbəti gecə reyidini keçirib.

 Bu dəfəki tədbir Bakının şimal girişi sayılan Bakı-Sumayıt yolunda baş tutub. Baş Dövlət Yol Polisi idarəsinin ekoloji nəzarət posunda həyata keçirilən reydin əsəs məqsədi bütün qanuna zidd halların qarşını almağa xidmət edirdi. Bu məqsədlə xususi dəmir qurgu ilə yolda hərəkət zolağı da məhdudlaşdırılmışdı.

Ekoloji nəzarə postunun bütün gecə növbəsinin qatıldığı reyd zamanı saxlanılan "Mercedes” maraklı minik maşınının sürücüsü avtomobilə əlavə səsgücləndirici quraşdırığı üçün barəsində inzibati prookol tərtib edilib. Bundan əlavə avtomaşın cərimə dayanacına aparılıb.

Sənədlərinin yoxlanılması üçün saxlanınan digər "Mercedes” maraklı minik maşınının sürücüsünün sərxoş olduğu ortaya çıxdı. Hər vəchlə özünə haqq qazandırmağa çalışan avtmobil sahibi, hətta tibbi müayinədən keçməkdən belə imtina edib.

Reyd zamanı saxlanılan "Niva” və "Mercedes” maraklı minik maşınlarının isə konstruksiya dəyişikliklərinə məruz qaldığı məlum olub. Hər iki avtomaşın sahibinə protokol tərtib edilidi və avtomobillər dayanacağa yerlşədirilib.

Maşınında xanım sərnişini olan "Mercedes” maraklı minik maşınının sürücüsünün də içkili halda sükan arxasına keçidiyi müəyyən edilib.

Baş dövlət yol polisi idarəsinin keçirdiyi bu reydlər mütəmadi olaraq davam etdiriləcək. Əlbəttə ki məqsəd yollarda hərəkətin qanunauyğun şəkildə təşkil etməkdir. //Ans

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM