Bakıda saxta dollar satan əcnəbilər saxlanıldı

15:12 | 27.04.2015
Bakıda saxta dollar satan əcnəbilər saxlanıldı

Bakıda saxta dollar satan əcnəbilər saxlanıldı

Bakıda külli miqdarda saxta dollarlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.

Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM