Bakıda sıxlığa səbəb nədir? - VİDEO

21:48 | 21.10.2014
Bakıda sıxlığa səbəb nədir? - VİDEO

Bakıda sıxlığa səbəb nədir? - VİDEO

Bakı ətrafı qəsəbələrə sərnişindaşıma ilə bağlı problemi gündəmə gətirmişdik. Bu gün aidiyyəti qurumlar məsələyə münasibət bildiriblər.Avtomobil nəqliyyatı xidməti sahibkarları, sahibkar və sürücülər isə yolları səbəb göstərirlər.Avtobus qapısı açıq şəkildə hərəkət edir və insanlar da qapıdan sallanırlar.Belə vəziyyət demək olar hər gün insanların səhər işə tələsdiyi və axşam işdən qayıtdığı vaxt yaşanır.Bu problem paytaxtın müxtəlif hissələrində xüsusilə şəhərətrafı qəsəbələrə işləyən avtobuslarda aktualdır.Bakı kəndlərində yaşayanlar avtobusların azlığından və intervalın isə əksinə uzun olmasından gileylənirlər.Sürücülərin isə özlərinə görə başqa səbəbləri var.Digər səbəb isə sahibkarların və sürücülərin məsuliyyətsizliyidir. Onlar daha çox qazanmaq üçün intervalın uzanmasına çalışırlar və nəticədə sıxlığa da göz yumurlar.İntervalların çox olmasına bəzi yolların əlverişsiz vəziyyətdə olması da səbəb olur.Pis vəziyyətdə olması iddia edilən yolların birində də çəkiliş apardıq. Məsələn bura Ramana qəsəbəsinə aparan 204 saylı avtobusun hərəkət etdiyi yoldur. Əlavə şərhə ehtiyac yoxdur.Azəryolservis-in mətbuat katibi Pünhan Mürsəliyev isə bildirdi ki, əvvəlcə araşdırılmalıdır ki, problemli yollar hansı qurumun balansındadır. Yalnız bundan sonra sözügedən problemə münasibət bildirmək olar. (xəzərxəbər)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM