Bakıda ticarət mərkəzi çökdü

18:01 | 02.03.2015
Bakıda ticarət mərkəzi çökdü

Bakıda ticarət mərkəzi çökdü

Bu gün Bakının Nizami rayonu ərazisində yeni tikilən ticarət mərkəzi uçub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 8-ci kilometr bazarının ("Vosmoy bazarı”) arxasında gedən tikinti zamanı qəza baş verib.

4 mərtəbəli ticarət mərkəzinin ikinci mərtəbəsinin tikintisi gedərkən beton tökülən zaman uçqun olub. Betonun ağırlığına tab gətirməyən dirəklər qırılıb. Beton kütləsi birinci mərtəbəyə tökülüb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM