Bakıda “TransCaspian 2015” sərgisi

10:06 | 12.05.2015
Bakıda “TransCaspian 2015” sərgisi

Bakıda “TransCaspian 2015” sərgisi

Bu gün Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq Nəqliyyat, tranzit və loqistika (TransCaspian 2015) sərgisi öz işinə başlayır.

Oxu.Az xəbər verir ki, mayın 14-dək davam edəcək TransCaspian sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir.

Sərgi Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, habelə tranzit yüklərinin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün daşımaların ən optimal variantlarının müəyyənləşdirilməsinə şərait yaradır.

Qeyd edək ki, sərgidə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Fransa, Latviya, Litva, Rusiya və İsveçrədən şirkətlər təqdim olunacaq.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edəcək.

Məlumat üçün bildirək ki, TransСaspian 2015 sərgisinin təşkilatçıları qismində "Iteca Caspian LLC” və onun Böyük Britaniyalı  tərəfdaşı "ITE Group Plc.” şirkətləri çıxış edirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti