Bakıda yarış keçiriləcək

12:10 | 18.10.2014
Bakıda yarış keçiriləcək

Bakıda yarış keçiriləcək

Oktyabrın 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçiriləcək.ANN.Az-ın "AzərTAc"a istinadən yaydığı xəbərə görə, bu, gələn il keçiriləcək möhtəşəm tədbirə hazırlıqlar seriyasının sonuncu mərhələsidir. Dağ Velosipedi Veloparkında keçiriləcək yarışda Azərbaycan, Gürcüstan, Yunanıstan, Livan, Rusiya, İsveçrə, Türkiyə və Ukrayna velosipedçiləri yarışacaqlar.Beynəlxalq Velosipedçilər İttifaqının təqvimində yarışın C3 sinfinə aid olduğu qeyd edilib. Sıçrayış, körpü, bir zolaqlı yol, sıldırımlı eniş və yoxuş bölmələri kimi bir neçə texniki xüsusiyyəti olan tras 4.1 kilometr təşkil edir. Yarışda cəmi 29 idmançı öz ölkəsini təmsil edəcək.“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu yarış birinci Avropa Oyunlarının önəmli məqamlarından biridir. Həftəsonu keçiriləcək sınaq yarışı həm velosipedçilər, həm də bizim təşkilatın gələn ilə hazırlığı baxımından özünü sınaması üçün böyük fürsətdir.“Bakı-2015”in idman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: “Sınaq yarışı Avropa Oyunlarına doğru düzgün yolu tutduğumuza əmin olmaq üçün ideal fürsətdir. Yarış əvvəlcə təhlükəsiz, lakin, eyni zamanda, sürətli və idmançıları sınağa çəkəcək şəkildə tərtib olunub. Bizi yarış günü xeyli həyəcan və sürpriz gözləyir. Velosipedçilər Dağ Velosipedi Veloparkını çox bəyənəcəklər və tədbir bizim komandamızın təcrübəsi baxımından Avropa Oyunlarına hazırlaşmağımız üçün çox faydalı olacaq”.“Bakı-2015”də velosiped idmanının 4 növü üzrə “Rio de Janeyro-2016” Olimpiya Oyunları üçün reytinq balları veriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb