Bakıda yaşayış binası yandı: 20 nəfər təxliyyə olundu

10:12 | 06.03.2015
Bakıda yaşayış binası yandı: 20 nəfər təxliyyə olundu

Bakıda yaşayış binası yandı: 20 nəfər təxliyyə olundu

Paytaxtda yaşayış binası yandı.

ANN.Az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM