Bakıdakı partlayışdan növbəti VİDEO

13:30 | 23.08.2014
Bakıdakı partlayışdan növbəti VİDEO

Bakıdakı partlayışdan növbəti VİDEO

Bakı dairəvi yolunda partlayışla müşahidə olunan dəhşətli yol qəzası baş verib.

ANS TV-nin məlumatına görə, gecə paytaxtın Yasamal rayonu ərazisində dəhşətli yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza Bakı Qazax yolunun 11-ci kilometrliyində baş verib. Beləki "Mersedes" markalı yanacaq daşıyan avtomobilin sürücüsü idarəetməni itirdiyindən 40 tonluq yanacaq çəni yola aşıb. Daha sonra partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Dərhal əraziyə FHN-nin Yasamal və Səbail rayon üzrə fəaliyyət göstərən 10 yanğın söndürən maşını cəlb olunub.Yüksək gərginlikli elektrik xətləri qırıldığından Yasamal rayonun bir sıra əraziləri və Bakı dairəvi yolunda elektrik enerjisinin verilişi dayandırılıb. Yanacaq yola dağıldığından ətrafdakı insanlar təhlükəsizlik məqsədilə hadisə yerindən bir qədər uzaqlaşdırlıdı. Qəza baş verən zaman sürücü yüngül xəsarət alıb. Sürücünün sözlərinə görə idarəetməni itiriməsinə səbəb texniki nasazlıq olub.Hadisə şahidlərinin dediyinə görə, yanacaq daşıyan avtomobil yüksək sürətlə paytaxt istiqamətindən çıxaraq hərəkət edib. Hadisə baş verən əraziyə təcili tibbi yardım maşını cəlb olunub və sürücüyə ilkin tibbi yardım göstərməyə çalışsalarda sürücü nədənsə bundan imitina edib.Getdikcə alovun miqyası böyüyüb və yol kənarına dağılan benzin yanaraq alovun şiddətini artırıb. Bir neçə saat davam edən yanğın FHN-ninin yanğın söndürən briqadasları tərəfindən söndürülüb. Alovun ətrafa keçməsinin qarşısı alınıb. Daha sonra əraziyə "Bakı Elektrik Şəbəkə" ASC-nin əməkdaşları cəlb olunub. Elektrik enerjisinin verilişində yaranmış problem aradan qaldırılıb. Daha sonra hadisə baş verən ünvana polis patrul xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün içkili olub-olmaması barədə araşdırma aparılır.Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizianın rəyindən sonra məlum olacaq

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb