Bakı Beynəlxalq Avtovağzalında oğurluq

11:35 | 04.11.2015
Bakı Beynəlxalq Avtovağzalında oğurluq

Bakı Beynəlxalq Avtovağzalında oğurluq

Bakı Beynəlxalq Avtovağzalında oğurluq olub.

Bu barədə "Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Avtovağzalda yerləşən Bakı şəhər sakini, Tural Mütəllimova məxsus mağazadan açıq qapıdan keçməklə 4 ədəd gödəkçə oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Murad Qubatov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM