Qobustan Qapalı Həbsxanasında saxlanılan və ömürlük azadlıqdan məhkum edilmiş məhkumların sağlamlıqlarına vurulan zərərlə bağlı iddialarına bu gün 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılacaq.
Bu barədə Oxu.Az-a məhkumların yaxınları məlumat verib.
1971-ci il təvəllüdlü Natiq Mirzəyev və kamera yoldaşı, 1977-ci il təvəllüdlü Namiq Vəliyev məhkəməyə müraciət ediblər. Onlar cəzaçəkmə müəssisəsindəki dəhşətli saxlanma şəraitindən şikayət ediblər. Qeyd ediblər ki, bunun nəticəsində dəmir barmaqlıqlar arxasında tutulduqları bütün xəstəliklər xroniki mərhələyə keçib. Bundan əlavə, dustaqlar keyfiyyətsiz qidadan da şikayət ediblər.
Məhkəmə iclası saat 16:00-a təyin olunub.
N.Vəliyev ərlə arvadı xüsusi amansızlıqla və şəxsi mənafe üçün öldürdüyünə görə məhkum edilib.
Cinayət işinin materiallarına görə, N.Vəliyev, Ş.Rzaxanov və Ş.Salmanov Bayıl kəndində 20-ci hissə ərazisində yaşayan dostu T.Quliyevin yanına gəliblər. Spirtli içki qəbul etdikdən sonra cinayətkarlar ərlə arvadın əl-qolunu bağlayıb, işgəncə verərək pulun və qızıl-zinət əşyalarının saxlandığı yerin göstərilməsini tələb ediblər. Sonra onlar pul, qızıl və bir maşın oğurlayaraq evi yandırıblar. Məhkum olunanların heç biri günahlarını tam etiraf etməyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !