“Bakı məktəblərində müəllimlərin əməkhaqqı 35 faiz artıb”

13:28 | 14.09.2015
“Bakı məktəblərində müəllimlərin əməkhaqqı 35 faiz artıb”

“Bakı məktəblərində müəllimlərin əməkhaqqı 35 faiz artıb”

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır”.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı”nda çıxış edərkən deyib. O bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb: "Hazırda bu fərq 6 faiz təşkil edir”.
  
C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi "Promethean” lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM