• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosu qış qrafikinə keçir

Bakı metrosu qış qrafikinə keçir
11.09.2019 22:30
Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. 

"Bakı Metropoliteni" QSC-dən APA-ya bildirilib ki, QSC sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq. 

Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir. 

Onu da əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

Bakı metropoliteni sərnişinləri günün müəyyən vaxtlarında "Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov" sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.

Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Bildirilib ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-dən metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vurulan gəminin kapitanı Rüstəm Həsənov ehtiyatda olan 2-ci dərəcəli kapitan olub
Cəmiyyət 13:53
Vurulan gəminin kapitanı Rüstəm Həsənov ehtiyatda olan 2-ci dərəcəli kapitan olub

Oqtay Gözəlova vəzifə verilib
Cəmiyyət 13:47
Oqtay Gözəlova vəzifə verilib
Qara dənizdə vurulan gəminin Mübariz Mənsimovun şirkəti tərəfindən işlədildiyi təsdilənib
Cəmiyyət 12:55
Qara dənizdə vurulan gəminin Mübariz Mənsimovun şirkəti tərəfindən işlədildiyi təsdilənib
Sabah da yağış yağacaq - proqnoz
Cəmiyyət 12:46
Sabah da yağış yağacaq - proqnoz
Ölkədə beyin oyunları geriləyib, fiziki idmana maraq yüksəlib - statistika
Cəmiyyət 11:50
Ölkədə beyin oyunları geriləyib, fiziki idmana maraq yüksəlib - statistika
Sabirabadda 17 yaşlı oğlanın 14 yaşlı qızı qaçırdığı bildirilir
Cəmiyyət 11:00
Sabirabadda 17 yaşlı oğlanın 14 yaşlı qızı qaçırdığı bildirilir
Qızılcaya görə ştatda fövqəlada vəziyyət elan olunub
Cəmiyyət 10:59
Qızılcaya görə ştatda fövqəlada vəziyyət elan olunub
Bir gündə 47 cinayət açılıb - DİN
Cəmiyyət 10:21
Bir gündə 47 cinayət açılıb - DİN
Azərbaycan kəndlərində tibb məntəqələri azalır, müraciətlər isə 12% artıb - rəsmi
Cəmiyyət 09:54
Azərbaycan kəndlərində tibb məntəqələri azalır, müraciətlər isə 12% artıb - rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox