Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB

23:10 | 10.11.2015
Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB

Bakı metrosunda sərnişin öldü - YENİLƏNİB

Bakı metrosunun "İçərişəhər” stansiyasında ölüm hadisəsi qeydə alınıb.

ANN.Az xəbər verir ki, faktı Trend-ə təsdiqləyən "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, ölüm hadisəsi 20:59 radələrində baş verib.

Bakı sakini, 65 yaşlı Şirəliyev Əliağanın "İçərişəhər” stansiyasında eskalatora daxil olarkən vəziyyəti pisləşib: 

"Vəziyyəti pisləşən Bakı sakini bir müddət eskalator üzərində oturub və nəticədə keçinib. Həkimlərin ehtimalına görə, o, infarktdan ölüb. Şirəliyevin qohumlarının dediklərinə görə, o, həm də şəkər xəstəliyindən əziyyət çəkib”.

Qeyd edək ki, ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil veriləcək.
 
 
*** 
 
Bu gün axşam saatlarında Bakı Metropoliteninin "İçərişəhər” stansiyasında səirnişinlərdən biri özünü qəflətən pis hiss edib.


ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, 45-50 yaşlarında olan sərnişin eskalatorun qarşısında yerə yıxılıb. 

Hadisə yerinə təcili yardım heyəti çağırılsa da, sərnişini xilas etmək mümkün olmayıb.

O, dünyasını dəyişib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM