Bakı metrosundan ŞAD XƏBƏR

19:45 | 17.01.2020
Bakı metrosundan ŞAD XƏBƏR

Bakı metrosundan ŞAD XƏBƏR

Bakı Metrosu üçün daha 16 müasir ventilyator alınacaq.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, bu il metro tunellərində havalandırmanın yaxşılaşdırılması üçün daha 16 müasir ventilyatorun alınması planlaşdırlır:
"Yeni ventilyatorlar 2020-ci ilin fevral-mart aylarında Bakıya gətiriləcək. Gətiriləcək 16 ventilyatoru 10-u "qırmızı” və "yaşıl” xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Digər 6 ventilyator isə "bənövşəyi” xətt üçün nəzərdə tutulub”.
B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam başa çatıb. (Oxu.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb