Bakı qışa hazır deyil!

18:32 | 06.10.2015
Bakı qışa hazır deyil!

Bakı qışa hazır deyil!

Yağış paytaxtın kanalizasiya sistemində hələ də problemlərin olduğunu aşkara çıxartdı.

ANS PRESS-in məlumatına görə, oktyabr ayı gələr-gəlməz özü ilə yağış da gətirdi. Dünən səhərdən yağan yağış rayonlarla bərabər, paytaxtda da fəsadlar yaradıb. Bu da hər il olduğu kimi, bu il də Bakının payıza və qışa hazır olmadığı üzə çıxartdı. 

Bakıya düşən yağıntının miqdarı çox olmasa da, şəhərin bir çox avtomobil yollarında, eləcə də, bəzi kanalizasiya olmayan ərazilərdə yağış suları gölməçələr, bəzi yerlərdə isə iri göllər əmələ gətirib. Nəticədə magistral yollarda avtomobillərin hərəkətində maneələr yaranıb, bu da tıxaclara səbəb olub. 

Gölməçələrə Bakının Nəsimi rayonu, Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində rast gəlinib. Burada da suyun dərinliyinə bələd olmayan sürücülər avtomobilləri ilə batıb qalıb. Digər ünvanlarla müqayisədə bu gölməçənin aradan qaldırılması üçün əraziyə YPX müfəttişləri və FHN-in suçəkən maşını cəlb olunub. Yarım saat yağan yağışın kəsməsindən bir neçə saat keçməsinə baxmayaraq, keçilməz gölməçələr gecə saatlarına qədər çəkilməyib.


Bakı küçələrinin vəziyyəti


Apardığımız müşahidələr zamanı məlum oldu ki, ən böyük göllər yeni tikilən yol ötürücüləri və körpülərin qarşısında meydana gəldi. Halbuki, bir neçə gün əvvəl, "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ANS PRESS-ə bildirib ki, bu mövsüm anajoji halların yaşanmaması üçün yollarda 4959 ədəd yağış barmaqlıqları təmizlənib, yan yollarda isə kanalizasiya xətləri tikilib.



Anar Cəbrayıllı -"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri 


"Bu mösümünə hazırlıq işləri çərçivəsində həmçinin 283 km uzunluğunda təsarüfat məişət kanalizasiya xətlərinində profilaktik təmizlik işləri aparılıb və xüsüsi maşınlar vasitəsi ilə təmizlənib. 17 mindən artır kalalizasiya xəttinə baxış keçirilib. Bu ilin ötən dövründə 11.7 km yağış şəbəkəsinin istismara yararsız olub-olmaması ilə bağlı yoxlamalara aparılıb”, - deyə Anar Cəbrayılli bildirib.


Bakı küçələrinin vəziyyəti


Amma bir ay keçməyib ki, yağan yağış paytaxtın kanalizasiya sistemində hələ də problemlərin olduğunu aşkara çıxartdı.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə qurumun tabeliyində olan yollarda problemin olmadığını qeyd etdi: 

"Biz gücləndirilmiş iş rejimində işləmişik. Bizim balansda olan yollarda az problem olub, bu da suyun özü ilə gətirdiyi əşyaların yağış barmaqlıqlarını tutması nəticəsində xırda gölməçələrin yaranması ilə nəticələnib ki, bu poblemlər dərhal aradan qaldırılıb."- deyə mətbuat xidmətinin rəhbəri bildirdi.



Anar Nəcəfli - "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri


Beləliklə, cəmi bir gün yağan yağış payız və qış aylarında aktuallaşan problemləri yenidən gündəmə gətirdi. Bundan başqa, gördüyümüz mənzərə bizi bu ilin qışının da digərlərindən fərqlənməyəcəyi qənaətinə gəlməyə əsas verir. Görünən odur ki, ötən illərdə yollarda yaşadığımız problemlər bu il də təkrarlanacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti