Bakı və Gəncəyə hakim təyin edildi

18:47 | 20.10.2015
Bakı və Gəncəyə hakim təyin edildi

Bakı və Gəncəyə hakim təyin edildi

Azərbaycan Milli Məclisinin Sədri Oktay Əsədov Bakı və Gəncə apelyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar imzalayıb.

AzNews.az-ın Azərtac-a istinadən məlumatına görə, qərarda deyilir:

"1. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Cəfərov Namiq Şamil oğlu,

Hacıyev Sənan Firudin oğlu,

Hüseynov Abiddin Qabil oğlu.

2. 2015-ci il oktyabrın 26-da səlahiyyət müddəti bitən Azər Vahid oğlu Bayramov Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM