Bakıda 160 nömrəli avtobus daha bir qəza törətdi - Ana və azyaşlı oğlu...

21:26 | 06.10.2018
Bakıda 160 nömrəli avtobus daha bir qəza törətdi - Ana və azyaşlı oğlu...

Bakıda 160 nömrəli avtobus daha bir qəza törətdi - Ana və azyaşlı oğlu...

Bakıda daha bir avtobus qəzası baş verib.


Anews.az "Report”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda qeydə alınıb.


Belə ki, 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilini idarə edən, 1976-cı il təvəllüdlü Mənsurə Məmmədova və onun 6 yaşlı övladı Rəçad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

*** 13:50


"160 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb".


Bunu Unikal.org-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.


O bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM