Bakı Apellasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Xətai Estetik Klinikasının həkimi Natavan Yaqubovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Qərara əsasən, N.Yaqubovanın apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, ötən il Xətai rayonu ərazisindəki Xətai Estetik Klinikasında səkkiz yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkim-cərrah N.Yaqubovanın səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim həkim-cərrah N.Yaqubova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət iş açılıb.
Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb.
Xətai Rayon Məhkəməsinin hökmü ilə o, üç il həkimlik fəaliyyati ilə məşğul olmaq hüququndan məhrum etməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqubova cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verərək, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !