Bakıda 20 metrlik ağac aşaraq yaşayış evlərinin üzərinə düşdü

10:13 | 18.11.2015
Bakıda 20 metrlik ağac aşaraq yaşayış evlərinin üzərinə düşdü

Bakıda 20 metrlik ağac aşaraq yaşayış evlərinin üzərinə düşdü

Ötən gün axşam saatlarında Bakı şəhərində əsən güclü külək nəticəsində hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, əraziyə cəlb edilmiş FHN xilasediciləri Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma İdarəsinin əməkdaşları ilə birgə təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsərək sakinlərin təhlükəsizliyini təmin ediblər.

Əməliyyat saat 23:18-də başa çatıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM