Bakıda ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - Yenilənib

23:24 | 29.11.2022
Bakıda ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - Yenilənib

Bakıda ailənin 4 üzvü bıçaqlandı, ata və oğlu öldü - Yenilənib

Bakıda evdə bıçaqlanan şəxslərdən biri ölüb.
 
Naməlum şəxs tərəfindən bıçaqlanan 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq, xəstəxanda ölüb.
 
***
Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
 
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.
 
Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb