Bakıda ana qızını evdə oğlanla tutdu, aləm bir-birinə dəydi - VİDEO

10:31 | 21.04.2019
Bakıda ana qızını evdə oğlanla tutdu, aləm bir-birinə dəydi - VİDEO

Bakıda ana qızını evdə oğlanla tutdu, aləm bir-birinə dəydi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib.

Anews.az-ın ONA-ya istinadla xəbərinə görə, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.

Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar.

Araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb