Bakıda “ASAN radio” test yayımına başlayıb

21:46 | 24.12.2015
Bakıda “ASAN radio” test yayımına başlayıb

Bakıda “ASAN radio” test yayımına başlayıb

Bu gündən etibarən "ASAN radio” 100 MHz tezliyində test yayımına başlayıb.

ASAN Xidmətdən verilən məlumata görə, radionun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində ixtisaslaşmış radionun formalaşdırılması, dövlət strukturlarına etimadın gücləndirilməsi, daha geniş auditoriyaya çıxış əldə edərək düzgün məlumatlandırma və maarifləndirmə işini həyata keçirməkdir.
 
İlkin yayım zamanı dinləyicilərə qısa anonslar vasitəsi ilə radionun əsas fəaliyyət istiqamətlərinə dair məlumatlar veriləcək. Hazırda yayım əsasən Bakı və Abşeron yarımadasını əhatə edir. Ən qısa zamanda "ASAN radio” ümumrespublika yayımını gerçəkləşdirəcək.
 
Qeyd edək ki, "ASAN radio” Azərbaycan prezidentinin tapşırığı ilə yaradılıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür