Bakıda beynəlxalq enerji konfransı keçirilir

10:25 | 29.08.2016
Bakıda beynəlxalq enerji konfransı keçirilir

Bakıda beynəlxalq enerji konfransı keçirilir

Bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) "Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı işə başlayıb.
 
"Report” xəbər verir ki, konfransda əsas diqqət Xəzər regionunda enerji iqtisadiyyatı ilə bağlı məsələlərə yetiriləcək.

Konfransda "Neft qiymətlərinin azalması fonunda Xəzər regionunun Avropanın və qlobal bazarların əsas enerji təchizatçısı olmaq imkanı varmı?”, "Neft və qazın qiymət dinamikası və gözləntilər nədir?”, "Regionda aşağı enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələri üçün perspektivlər hansılardır?”, "Regional enerji təhlükəsizliyinə necə əmin olmaq mümkündür?” və başqa suallara aydınlıq gətiriləcək.

Konfransda 24 ölkədən nümayəndələr iştirak edirlər. 

Qeyd edək ki, "Report” İnformasiya Agentliyi Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransının rəsmi media sponsorlarından biridir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb