Bakıda bu vəzifəli şəxsin oğlu zəhərlənərək öldü

16:25 | 02.01.2020
Bakıda  bu vəzifəli şəxsin oğlu zəhərlənərək öldü

Bakıda bu vəzifəli şəxsin oğlu zəhərlənərək öldü

Professor Rəfail Əhmədlinin oğlu zəhərlənmədən dünyasını dəyişib.
Bu barədə Report-a təhsil eksperti Etibar Əliyev məlumat verib.

Onun sözlərinə görə, 28 yaşlı Rüfət Əhmədli təxminən iki həftə əvvəl zəhərlənib:
 
"Ailə üzvləri əlamətlərindən onun botulizm (ev şəraitində hazırlanan konservləşdirilmiş qidalardan yaranan zəhərlənmə) xəstəliyindən əziyyət çəkdiyini bilməsələr də, Rüfəti xəstəxanaya yerləşdiriblər. Buna baxmayaraq Rüfət Əhmədli vəfat edib” - deyə, E.Əliyev bildirib.

Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub.

O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb