Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO

10:00 | 21.02.2020
Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO

Bakıda dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi – VİDEO

Bakının Binəqədi rayonunda dəhşətli hadisə baş verib.

Anews.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı Bakı-Sumqayıt avtomagistralında təxminən 50-55 yaşlarında kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub.

Sumqayıt istiqamətində hərəkətdə olan "Opel” markalı minik avtomobilinin sürücüsü həmin şəxsi yerdə gördüyündən idarəetməni itirərək, avtomobili yolun kənarında yeni qazılan çuxura aşırıb.

Eyni istiqamətdə hərəkətdə olan Toğrul Cəfərli isə idarəetdiyi "BMW” markalı nəqliyyat vasitəsi ilə həmin şəxsin üzərindən keçib.

"BMW”də olan sərnişin İsmayıl Xaspoladovun sözlərinə görə yerə uzanan şəxsi öncə naməlum avtomobil vurubmuş.

Hər halda hadisənin dəqiq səbəbi aparılan araşdırmanın sonunda bəlli olacaq.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb