Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ

14:15 | 27.04.2016
Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ

Bakıda Emin Qəhrəmanovun fərdi sərgisi açılıb - REPORTAJ

Rüstəm Qasımov

Dünən "Port Baku Mall" ticarət mərkəzinin "Baccanale" restoranında tanınmış azərbaycanlı avanqardist rəssam, "EmArt studio" təsviri sənət studiyasının təsisçisi Emin Qəhrəmanovun  "Ön duyum" ("В предвкушении") adlı fərdi sərgisi keçirilib. Tədbir "Fireland Vineyards"ın dəstəyi ilə baş tutub. 

Emin Qəhrəmanovun layihələri hər zaman orijinallığı ilə seçilirlər. Adətən sərgilər muzey və ya qalereyalarda baş tutur, ancaq Qəhrəmanov ənənədən kənara çıxmağa çalışır. Məsələn, Azərbaycan keçirilən qeyri-ənənəvi tədbirlərdən biri, şərab zavodu "Fireland Vineyards"da baş tutan sərgi Qəhrəmanovla bağlıdır. Bu dəfə isə rəssam sərgi məkanı kimi restoranı seçib. Restoranda sərgi keçirməyin də öz müsbət tərəfləri var. İş burasındadır ki, qeyri-ənənəvi atmosfer yığışan qonaqlara imkan verir ki, əllərində şərab qədəhiylə maraqlı ekskursiyaya çıxsınlar, bir-biriylə təəssüratlarını bölüşsünlər. Xoş musiqi isə mühitə daha bir gözəllik qatır. Bunlar dünən sərgiyə xüsusi bir gözəllik qatmışdı. 

Emin Qəhrəmanov sərgidə  20-dən çox kətan nümayiş etdirirdi. Özünəməxsus tərziylə seçilən Qəhramanovun şəkillərini digərlərindən dərhal fərqləndirmək mümkün olur. Yeganə istisna, Emin bəyin onun arxasında getməyə çalışan tələbələrinin işləridir. Parlaq palitra, fışqıran boyalar, qeyri-standart yanaşma rəssamının şəkillərini maraqlı və orijinal göstərir. 

Sərgi zamanı Emin bəy hədsiz məşğul olsa da, ANN.Az ondan açıqlama götürməyə müvəffəq oldu. Portalımıza açıqlamasında Emin bəy bu fikirləri səsləndirdi: "Bizim hər birimiz bu həyatda ümid və arzuyla yaşayır, bunlarsız həyatımız sadəcə mənasız olardı. Axı məhz onlar bizi irəliyə aparan, geri qalmağa qoymaya instinktlərimizdir. Boş yerə demirlər ki, arzusuz həyat anlamsızdır. Mən gələcəyə hər zaman böyük ümidlə baxıram, inanıram bizi qabaqda xoş hadisələr gözləyir. Burda sərgilənən işlərə gəldikdə isə, mən bunları son illərdə çəkmişəm. Rəssam üçün sərgi yaradıcılığında müəyyən bir mərhələni aşmasıdır, bundan sonra o irəliləyə və yeni mərhələyə keçə bilər. Stilistikaya gəldikdə isə, bu, ekspressionizm və avanqard tərzdə çəkilən şəkillərdir. Mən tamaşaçılara yaşantılarımı, yaradıcı axtarışlarımı, ovqatımı, fantaziyalarımı, ideyalarımı paylaşmaq istəyirdim. Bir sözlə, çalışırdım ki, onlara öz daxili aləmimi göstərim. Bütün bunları isə mən parlaq, dolğun palitra, rəng oyunu, kölgə və s. ilə ifadə etməyə çalışmışam. Qeyd edim ki, mənim işlərimdə həm tanınmış qərb sənətkarlarının, həm də yerli rəssamlarımızın təsiri var. Bu mənim eksperiment etmək istəyimlə əlaqədardır". 

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az xəbər portalı paytaxtımızda baş tutan mədəni hadisələri diqqətdən kənarda qoymur. Bu dəfə oxucularımıza Emin Qəhrəmanovun sərgisindən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 














































































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM