Bakıda kütləvi dava: Xəsarət alan var

09:52 | 11.12.2015
Bakıda kütləvi dava: Xəsarət alan var

Bakıda kütləvi dava: Xəsarət alan var

Sabunçu rayonunda kütləvi dava olub.
 
APA-nın məlumatına görə, hadisə Ramana qəsəbəsi "Şuşa şəhərciyi” adlanan ərazidə qeydə alınıb. 36 yaşlı Anar Məmmədov 6 nəfər tərəfindən döyülüb. Döyülmə nəticəsində Anar Məmmədovun çənəsi sınıb və kəllə-beyin travması alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.  O, xəstəxanada polis əməkdaşlarına onu döyən şəxslərdən birini tanıdığını bildirib.

Faktla əlaqədar Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM