Bakıda pedofil məşqçi saxlanıldı

19:17 | 17.07.2019
Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.
Bu barədə Oxu.Az Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir.
Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir.

Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib.
Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır.
Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.

www.anews.az
loading...