"Report” xəbər verir ki, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilən iş hakim Babək Pənahovun icraatındadır.
Qeyd edək ki, X.Əhmədova müxtəlif vədlər verərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə vətəndaşların pulunu mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
İş üzrə 30 zərərçəkmiş var.
Xatırladaq ki, X.Əhmədova əvvəllər də eyni əmələ görə ittiham olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !