Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEO

16:51 | 11.11.2016
Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEO

Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEO

Bakının mərkəzində yerləşən kitab mağazasından oğurluq edilib.

ANN.Az criminal.az-a istinadən bildirir ki, metronun "28 May” stansiyasının yaxınlığında, Süleyman Rəhimov küçəsi 190 ünvanındakı kitab mağazasında edilmiş oğurluq hadisəsi kameraya düşüb.

Qoca kişi mağazaya daxil olur və heç kimin olmadığını düşünərək kassadan pulları götürərək cibinə qoyur, sonra isə oranı tərk edir. 

Hadisə bu gün səhər saatlarında olduğundan kassada az pul olub. 

Hadisə şahidləri həmin şəxsi tanıyır və bir neçə mağazadan müxtəlif oğurluqlar etdiyini deyirlər. 

Xatırladaq ki, həmin ərazidə yerləşən marketdən də bir neçə dəfə oğurluq edilib. 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb