Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

15:40 | 29.06.2017
Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

Bakıda yüksək vəzifəli məmur işdən çıxarıldı

Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri - RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib.

Anews.az report-a istinadən xəbər verir ki, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri - RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.

Qeyd edək ki, A.Məmmədova icra hakimiyyətinin başçısı müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb