• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO

Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub - FOTO
09.10.2019 15:38
Bakıda zirehli avtomobillə gəzən yeni "avtoş" peyda olub. Ötən həftə həmin 90-TS-770 dövlət qeydiyyat nişanlı zirehli avtomobil Heydər Əliyev prospektində qəza vəziyyəti yaradıb.
Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin avtomobili idarə edən Kənan Davudzadə adlı şəxsdir.
Onun idarə etdiyi avtomobilin qabaq hissəsində yerləşən dövlət qeydiyyat nişanı isə tam olaraq görünmür. Belə ki, dövlət qeydiyyat nişanı alt hissəyə yerləşdirilib.

Ekspertlər bildirir ki, belə avtomobillər çox iri olduğu üçün paytaxt küçələrində təhlükə saçır, yəni onlar digər sürücülər üçün qəza vəziyyəti yaradır.
K.Davudzadə sosial şəbəkədə idarə etdiyi bu cür avtomobillərin bir çox fotolarını da paylaşıb. Hətta şərh bölməsində zirehli texnikanın "əsl şəhər maşını” olduğunu da qeyd edib.
Məsələ ilə bağlı "Report”a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisi əməkdaşları K.Davudzadəni saxlayandan sonra geri çəkilirlər:
"Azərbaycanın atributları olan nömrənin, bir detalın sadəcə üzüaşağı vurulmasının nə demək olduğunu anlamıram. Həmin sürücünü saxlayan yol polis əməkdaşları ondan sanki qorxurlar. Sürücü həmin vaxt kameranı işə salır və polis əməkdaşları da geri addım atıb, onu yola verirlər.
Doğrudan, yol polis sistemində bir savadlı inspektor yoxdurmu ki, çıxıb Kənan Davudzadənin qanun pozduğunu sübut eləsin? Mən indiyə qədər dəmir "bufer”li "Nissan Patrol” markalı avtomobil görməmişəm. Heç "Nissan” şirkətinin belə maşın istehsal etdiyini də görməmişəm.
Bu, əlavə avadanlıqdır, konstruksiya dəyişikliyidir. Bildiyim qədərilə, də yol polisində həmin avtomobilin bu vəziyyətdə sürülməsi qeydiyyata alınmayıb. Bu avtomobil "offroad” tipli nəqliyyat vasitəsi kimi qeydiyyata alınsaydı, onların mütəmadi olaraq şəhərdə sürülməsi nəzərdə tutulmur”.
E.Muradlı deyib ki, dəmir zirehli avtomobillər sırf dağ-dərə, yarış üçün nəzərdə tutulur:
"Lakin bu şəxs, göründüyü kimi, paytaxt küçələrində həmin avtomobili idarə edir. Kənan Davudzadə sürücü kimi digərlərinə qayda-qanun dərsi keçməyə çalışır. Amma özünün isə belə kobud hərəkətlər etməsi anlaşılan deyil.
Avtomobillərdə dəmir "bufer”lər plastikə baxanda çox təhlükəlidir. Məsələn belə avtomobillər qəza zamanı piyadanı vurarsa, dəmir onu kəsib doğraya bilər, plastik isə bir o qədər də təhlükəli deyil, insana az xəsarət yetirir. Dəmir "bufer”in avtomobilə yerləşdirilməsinin hansı funksiyanın yerinə yetirməsi də məlum deyil”.
Onun sözlərinə görə, Kənan Davudzadənin idarə etdiyi zirehli avtomobillə bağlı ciddi araşdırma aparılmalıdır:
"Polis əməkdaşları həmin sürücünü saxlayıb, yoxlamalıdır, onun hansı qayda pozuntusu etməsini də sübut etmək lazımdır. Belə olmaz axı, çıxıb qayda-qanundan danışır, özü isə həmin qaydanı kobud şəkildə pozur. Bu da başqalarına pis nümunə olur. Başqa şəxslər də fikirləşir ki, "əlimizə bir kamera alaq, düşək şəhərin küçələrinə, yol polisi də bizi saxlamayacaq”.
Necə ki, hazırda yol polisi əməkdaşları Kənanı saxlamırlar, onu görəndə uzaqlaşırlar. Yol polisi əməkdaşları ondan qorxmurlar, sadəcə kameraya düşmək istəmirlər. Hətta bir neçə inspektor Kənanı görəndə qaçıb gizlənir.
Mənim bildiyimə görə, Kənan Davudzadə qayda pozduğu üçün ona cərimə də yazılıb. Yol polisi əməkdaşları ona qayda pozuntusu törətdiyini sübut da ediblər. Lakin Kənan həmin videogörüntünü sosial şəbəkədə yaymayıb. Nədənsə o, özünə sərf edən videogörüntüləri yayır”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev  bildirib ki, faktla bağlı BDYPİ-də araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol