Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu

22:30 | 30.06.2021
Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu

Bakıdakı Böyük Dəbilqə yarışı bərpa olundu

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqə turniri yenidən təqvimə əlavə edilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytı məlumat yayıb.

İJF yarışın 5 - 7 noyabrda keçiriləcəyini açıqlayıb.

Böyük Dəbilqənın daha əvvəl mayda təşkli nəzərdə tutulub. Lakin yarış koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi. 2020-ci ildə olimpiadaya lisenziya xalları qazandıran ənənəvi yarış eyni səbəbdən baş tutmayıb.

2013, 2014, 2015, 2016, 2017 və 2019-cu illərdə Bakıda Böyük Dəbilqə təşkil edilib.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb