Bakıdan bu şəhərə uçuşlar başlayır

15:18 | 02.02.2023
Bakıdan bu şəhərə uçuşlar başlayır

Bakıdan bu şəhərə uçuşlar başlayır

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli "Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri "Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.


Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb