Bakıdan Tiflisə uçan təyyarə eniş edə bilmədi

12:35 | 10.01.2018
Bakıdan Tiflisə uçan təyyarə eniş edə bilmədi

Bakıdan Tiflisə uçan təyyarə eniş edə bilmədi

Güclü külək Tiflis aeroportunda uçuşların qrafikində gecikmələr yaradıb. Bu gün Bakıdan Tbilisiyə uçan uçan təyyarə güclü küləklə əlaqədar bir saata yaxın hava limanında eniş edə bilməyib.

Report-un məlumatına görə, təyyarənin saat 10:45-də eniş etməsi mümkün olub.

Qeyd edək ki, ləngimələrdə digər reayslərdə də müşahidə olunur.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tiflisdə dünən gecə boyu davam edən güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini və avtomobilləri zədələyib. Gürcüstan paytaxtının bir neçə rayonunda elektrik enerjisi təchizatı məhdudlaşdırılıb. Bundan əlavə, güclü küləyə görə təyyarə uçuşlarını təxirə salmaq zərurəti yaranıb. O cümlədən Tiflisdən Almaniya və Türkiyə istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlər hava limanında gözləmək məcburiyyətində qalıblar.

Tiflis Beynəlxalq Hava Limanında küləyin sürəti saniyədə 31 metrə çatıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb