Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbirin məşqlərindən – VİDEO

15:32 | 27.08.2018
Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbirin məşqlərindən – VİDEO

Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbirin məşqlərindən – VİDEO

Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbirin məşqlərindən – FOTO/VİDEO

DSX rəisi əsgərləri ilə birgə məşqə qatılıb at sürdü 

Sentyabr ayının 15-də Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtda möhtəşəm tədbirin keçirilməsi planlaşdırılır.

"AzeriDefence”nin məlumatına görə, artıq bayram tədbirlərinə hazırlıq başlayıb. Bu günlərdə tədbirlərə cəlb olunan süvari bölmələrin aeroport yolunda məşqləri keçirilib.

Tədbir proqramına əsasən sentyabr ayının 15-də Şəhidlər Xiyabanından Əl Oyunları Sarayına qədər 1918-ci ilin hərbi geyimində və dövrün silahları ilə silahlanmış piyadaların və süvarilərin yürüşü olacaq. Yol boyu yürüşü Türkiyədən gələn "Mehtəran” hərbi bandosu hərbi marşlar, o cümlədən "Mehtər” marşları ilə müşaiyət edəcək.
 
 

Mərasimə Dövlət Sərhəd Xidmətinin atlılarından ibarət 100-dən çox süvari və Müdafiə Nazirliyinin 150-dək piyada əsgəri olaraq cəlb olunacaq.

"Azeri Defence”nin məlumatına görə, bayram tədbirlərində Türkiyədən də yüksək vəzifəli şəxslərin qonaq qismində iştirakı gözlənilir.

Süvari bölmənin son məşqlərində DSX rəisi general-polkovnik Elçin Quliyev də şəxsən iştirak edib. Məşqin videosundan göründüyü qədər DSX rəisi və qurumun yüksək rütbəli zabitləri əsgərlərlə birlikdə at sürüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM