Bakının daha bir rayonunda ağaclar qurudulur – FOTOLAR+VİDEO

23:49 | 31.07.2018
Bakının daha bir rayonunda ağaclar qurudulur – FOTOLAR+VİDEO

Bakının daha bir rayonunda ağaclar qurudulur – FOTOLAR+VİDEO

Nərmanov rayonu Ağa Nemətulla küçəsi 1987 ünvanında (45 nömrəli məktəbin yanı)  binanın həyətindəki akasiya və zeytun ağacları qabığını soyulmaqla və  dibinə kimyəvi maddə tökməklə  qurudulur.
 
Anews.az xəbər verir ki, sakinlərin dediyə görə ağacları Tofiq adlı şəxs qurudur. O binanın həyətini özəlləşdirmək istəyir və  həmin ərazidə özünə şəxsi obyekt tikmək məqsədilə bunu edir.
 
Məsələ ilə bağlı sakinlər Daxili İşlər nazirliyinin 102 xidmətinə və Ekologiya və Təbii Sərvətlər  nazirliyinin qaynar xəttinə zəng edib məlumat veriblər.  Polis əməkdaşaları gəlib izahat alıb və müəyyən qeydlər götürsələr də  Ekologiya və Təbii Sərvətlər nazirliyi bu məsələ ilə bağlı heç bir addım atmayıb
 







0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb