Bakıya niyə qar yağmır? – SƏBƏB

15:00 | 27.02.2018
Bakıya niyə qar yağmır? – SƏBƏB

Bakıya niyə qar yağmır? – SƏBƏB

Qış aylarında Bakıya qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır. Bundan sonra belə olacaq.

Coğrafiya İnstitutundan anews.az-a verilən məlumata görə, planetin qlobal temperaturu yüksəlir:

"Qış aylarında havaların mülayim keçməsi, fevral ayında qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır, başqa səbəbi yoxdur. Bunların fəsadlarını həyatımızda mənfi hiss edirik. Qar özü ilə bərəkət gətirir. Başqa tərəfdən, mikroblar ölür, xəstəliklər azalır.

Eyni zamanda, qarın yağması yuxarı dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur, insanlar ondan istifadə edirlər. Bütün bunlar olmayacaq. Qlobal istiləşmə təbii ki, insan sağlamlığında mənfi təsirlərini də göstərəcək”.

İnstitutdan Xəzər dənizində suyun səviyyəsinin hazırkı vəziyyətinə də aydınlıq gətirilib:

"Xəzərdə suyun səviyyəsinin qalxıb-enmə halları müşahidə olunsa da, azdır. Bu, ekstremal hal deyil”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb