Bakının mərkəzində, B.Sərdarov küçəsində yeni yaşayış binasının tikintisinə hazırlıq işləri görülür. Day.Az xəbər verir ki, tikinti sahəsi hasara alınıb. Ərazidə ağır texnika işləyir, payalar vurulur.Podratçı şirkətdən bildiriblər ki, 2015-ci ilə qədər hazır edilməsi planlaşdırılan bina 12 mərtəbədən ibarət olacaq.Səbail Rayon İcra Hakimiyyətinin rəsmisi İsrafil Kərimov isə deyib ki, B.Sərdarov küçəsində yaşayış binası tikilir, ancaq ətraflı məlumata malik deyil.//Mili.Az
Bizi sosial şəbəkələrdə izləyin !