Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kursları yenidən təşkil olunacaq.Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" hesabında məlumat yayıb.
Bildirilib ki, ödənişsiz kurslar sentyabrın 30-dan başlayacaq.
Kurslarda iştirakçılara Azərbaycan dilinin söz ehtiyatı, qrammatik quruluşu və düzgün danışıq qaydaları öyrədiləcək, həmçinin gündəlik ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:05
Azərbaycanda yağıntılı hava davam edir: Qrız və Şahdağda qarın hündürlüyü 5 santimetrə çatıb - faktiki hava























