Bakının mərkəzində ölüm dolaşır - Özünüzü qoruyun! - FOTOLAR

12:48 | 08.09.2014
Bakının mərkəzində ölüm dolaşır - Özünüzü qoruyun! - FOTOLAR

Bakının mərkəzində ölüm dolaşır - Özünüzü qoruyun! - FOTOLAR

Ötən il Lermontov küçəsində binadan qopan daş parçası gənc bir oğlanın başına düşərək onu öldürəndən sonra buna oxşar hal yenə də təkrarlanır və davam edəcək.İki gün əvvəl Bakının qonaqlarına bəh-bəhlə təqdim olunan mərkəzi küçələrindən birində, Şeyx Şamil küçəsində tarixi bir binanın eyvanında beton parçası qoparaq onun altından keçən kişinin qarşısına düşüb. Xoşbəxtlikdən, həmin daş parçası bu dəfə özü ilə ölüm gətirməyib. İnsanların sıx olduğu küçədən keçən yaşlı bir kişidən bir metr aralıya düşüb. Amma bu, o demək deyil ki, təhlükə sovuşub. Həmin binaların eyvanı, hələ də, təhlükə mənbəyi olaraq qalır.Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov Milli.Az-a açıqlamasında bildirib ki, həmin binalar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.Səbail rayonu, inzibati binaların istismarı idarəsinin rəisi Arif İsmaylov Milli.Az-a açıqlamasında bildirdi ki, İstiqlaliyyət və Şeyx Şamil küçələrinin kəşişməsindəki ofis binalarındakı problemdən xəbərdardır. Problemin həlli üçün Bakı Şəhər İcra Hakimiyyətinin müafiq departamentinə xəbər verilib. İdarə rəisi binalardan daşın qopmasının səbəbini də açıqladı. Dedi ki, ofislərdə işlədilən kondisionerlərin suyu eyvanlara axıdılır. Betona hopan su öz təsirini göstərir, ağırlaşan və aşınan beton parça-parça olaraq yerə tökülür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM