"BakuBus" "175"in xətti ilə fəaliyyətə başladı

12:23 | 13.01.2018

"BakuBus" "175"in xətti ilə fəaliyyətə başladı

175 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə aid avtobuslar səhər saatlarından sərnişinlərə xidmət edir.

AzVision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Belə ki, bu xətt üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən "28 may” metrostansiyasınadək hərəkət edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM