Bakıya qar yağdı - tıxac yarandı

23:39 | 08.01.2015
Bakıya qar yağdı - tıxac yarandı

Bakıya qar yağdı - tıxac yarandı

Bakının bəzi küçə və prospektlərində mövcud hava şəraiti ilə bağlı tıxac yaranıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, ən uzun tıxac Moskva prospektində yaranıb. Prospektin Cavadxan küçəsi ilə kəsişməsindən başlayan tıxac Bakı-Sumqayıt yolunadək davam edir. Moskva prospektində hərəkət sürəti cəmi 19,82 km/saatdır. Bundan başqa, Asif Məhərrəmov küçəsində (hərəkət sürəti 10,98 km/saat) və Abbas Mirzə Şərifzadə küçəsində də tıxac müşahidə olunur.
 
Bakının yüksəklik ərazilərində yolların buz bağlaması nəqliyyatın hərəkətində problem yaradıb. Hazırda Babək prospektində, Abbas Fətullayev küçəsində, General Səməd bəy Mehmandarov, Aşıq Ələsgər, Rahib Məmmədov, Məhəmməd Hadi, Ramiz Quliyev, Sakit Qocayev küçələrində hərəkət sıxlığı qeydə alınır. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM