“Baladadaşın toy hamamı” səhnəyə qoyulacaq

11:17 | 07.02.2015
“Baladadaşın toy hamamı” səhnəyə qoyulacaq

“Baladadaşın toy hamamı” səhnəyə qoyulacaq

Xalq yazıçısı Elçinin "Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediya Azərbaycan Dövlət Musiqili Teatrında səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın bəstəkarı Firudin Allahverdi, libretto müəllifi isə Nofəl Vəliyevdir. Tamaşada səslənəcək mahnıların sözləri Vüqar Əbdülovundur. Yazıçının məşhur hekayəsinin motivləri əsasında səhnələşdirilən əsərin quruluşçu-rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı xalq rəssamı Tahir Tahirov, rəssamı Elgün Vəliyev, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada Baladadaş obrazını teatrın gənc və istedadlı aktyoru Elvin Əliyev ifa edəcək. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev, Nərgiz Kərimova, aktyorlar Möylə Mirzəliyev, Gültac Əlili, Türkel Şabanova və başqaları canlandıracaqlar//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb