Bağlanan universitetin rektoru DANIŞDI

17:03 | 08.09.2015
Bağlanan universitetin rektoru DANIŞDI

Bağlanan universitetin rektoru DANIŞDI


"Bakı Asiya Universitetinin fəaliyyəti Təhsil Nazirliyinə rəsmi müraciət əsasında müvəqqəti olaraq dayandırılıb”. Bu sözləri Modern.az-a açıqlamasında Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev deyib. O qeyd edib ki, maliyyə çətinliyi səbəbindən bu addımı atmağa məcbur olublar. 

"Bu məlumat yayılandan sonra jurnalistlər eyni sualı verirlər ki, universitet niyə bağlanıb?  Bununla bağlı Təhsil Nazirliyi rəsmi məlumat yayıb. Bu, müvəqqəti olan məsələdir və arxasında nəsə axtarmaq lazım deyil. Hazırda universitetdə 270 tələbə təhsil alır. Onlar başqa universitetlərə yerləşdiriləcək. Ümid edək ki, gələcəyə bu sıxıntı aradan qaldırılacaq. Tələbələrin sayı artdığı təqdirdə universitet fəaliyyətini bərpa edəcək”.

Xatırladaq ki, Bakı Asiya Universiteti fəaliyyətinin dayandırması haqqında məlumat bu gün yayılıb. Hazırda orada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM