Balotelli Azərbaycanla oyuna çıxmayacaq

14:16 | 07.10.2014
Balotelli Azərbaycanla oyuna çıxmayacaq

Balotelli Azərbaycanla oyuna çıxmayacaq

İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Mario Balotellini Avro-2016-nın seçmə mərhələsində qarşılaşacaqları yığmamızla oyuna çağırmamasının səbəbini açıqlayıb.

İtaliya mətbuatının verdiyi məlumata görə, təcrübəli mütəxəssis bunu "Liverpul"un hücumçusunun hazırda istənilən formada olmaması ilə əlaqələndirib: "Balotelli İngiltərədə yeni macəraya başladı. "Liverpul"a uyğunlaşması üçün zamana ehtiyacı olduğunu düşünürəm. Onu yaxından izləyirik. Ayrı-seçkilik etmədim. Sadəcə seçimim belə oldu. Qraziano Pelleyə gəldikdə isə o, son iki mövsümdə 50 qol vurmaqla millidə oynamağa haqq qazandı. Onun Hollandiya çempionatından sonra İngiltərə premyer-liqasında da ulduzu parlayır".

Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da evdə millimizlə qarşılaşacaq İtaliya yığması 3 gün sonra səfərdə Maltanın qonağı olacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb